ƏBƏDİ ÖYÜD 2-ci cild

Bə’ziləri müəyyən səbəblərdən sui-zənnə düçar olur, bədbinlik
onlarda xasiyyətə çevrilir, kimsəyə e’timad göstərmirlər. Bə’zən
isə insanda qeyri-təbii hallar baş verir. Məsələn, bir səhvə, bir
nöqsana görə uzun illərin dostluğu qayçılanır, hətta xəyanətlərə
yol açılır. Bu xüsusi cərəyan bais olur ki, insan təkcə o şəxsə qarşı
yox, bəlkə hamıya qarşı e’timadsız olsun. Hər halda xüsusi bir
zərər, bir ruhi, psixoloji, iqtisadi, ictimai sıxıntı və ya ciddi bir
narahatçılıq səbəb olur ki, insan özünə nəzarəti əldən versin,
hamıya qarşı bədbin olub desin: hamı xaindir və bu dünyada
kimsəyə e’timad etmək olmur. Bu hal bais olur ki, insan xalqla
yaşaya bilməsin. Sözsüz ki, bu iş, bu hal düzgün ruhiyyə deyil və çox olsun ki, Əmirəlmö’minin (ə) kəlamının bu hissəsi belə bir mətləbə uyğun olsun: məbada, sui-zənn sizdə xasiyyətə çevrilsin; əgər insan bu hal və ruhiyyəyə mübtəla olsa, onun üçün canıyanan rəfiq, səmimi dost qalmayacaq; əgər bədbinlik insan ruhiyyəsinə hakim kəsilsə, artıq insan kimsəyə qarşı səmimi, nikbin, güzəştli ola bilməyəcək. Çünki hamıya qarşı və bütün işlərdə sui-zənn var. Artıq güzəşt, səmimiyyət, dostluq üçün yer qalmır. Bu yerdə onun üçün həyat cəhənnəm olur. Heç bir dünya və axirət işinə yetişmir. İnsan həm dünya işlərində e’timad
ediləsi, həyatda ona kömək edən dostlara ehtiyaclıdır, həm axirət işlərində onların nəsihət, moizə, öyüd, göstərişlərinə e’timad etməlidir. Əgər insan qərara gəlsə ki, heç kəsi qəbul etməsin və heç kəsə etimad göstərməsin, hamıdan qabaq onun özü zərər çəkər. Hamıdan bədbin olduğundan kimsə ilə isnişə, yoldaşlıq və dostluq qura bilməz. Kimsə ilə yoldaşlıq etmədiyi halda dünyanın əksər və ya bütün nemətlərindən məhrum olar. Hesablasaq, görərik ki, dünyanın maddi və ya mə’nəvi ne’mətlərinin çoxu
dostluq nəticəsində əldə olunur. Məsələn, elmi nailiyyətlərimizdə sinif yoldaşlarımız, mübahisə tərəfi-müqabillərimiz, otaq yoldaşlarımız, ustadlar rol oynayır. Eləcə də, iş sahəsindəki nailiyyətlərimizdə şəriklər, həmkarlar, digər tacirlər tə’sirlidirlər. Onlara e’timad göstərmək, yaşamaq çox çətin və ağır olar.
Dostdan məhrum olmaq çox böyük bəladır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button