Sözdən öncə
Qonşunun evi yanırdı. İçəridən qışqırıq səsləri gəlir, hər tərəfdən bayıra şölə saçırdı. Əli qadınların qışqırtısını eşidib fikirləşdi: “Birdən yanğınsöndürənlər gələnə qədər qonşular yanarlar!” Əli qaçıb yanan evin içinə girdi…
Qonşular xilas oldular… Əli göylərə qanad çaldı. İndi bütün uşaqlar Əli kimi qəhrəman olmaq istəyirlər. Gəlin görək, onun kimi qəhrəman olmaq üçün mütləq özümüzü alovun içinə atmalıyıq? – Xeyr! Əlini qəhrəman edən səbəb onun təmiz qəlbi və fədakar ruhu idi. Bütün yeniyetmələr Əli Ləndidirlər; əgər onun kimi başqalarını da düşünsələr və bəzən başqalarını özlərindən üstün tutmağı bacarsalar. Gəlin, Əlini daha yaxından tanıyaq və ondan daha çox öyrənək.