14 MƏSUMUN (Ə) HƏYATI – İMAM HƏSƏN ƏSKƏRİ (Ə)

Həzrət Peyğəmbərdən (s) sonra İslamın on birinci öndəri, xəlifəsi və imamı, İmam Əbu Muhəmməd Həsən ibn Əli əl-Əskəri’dir (ə), hicrətin 232-ci ilində Samirra’da dünyaya gəlmişdir. Atası onuncu İmam Həzrət Hadi (ə.s) və anası Susən adıyla da bilinən Hudeysə Xatundur.
İmam (ə.s), Samirrada “Əskəriyyə” [1] adındakı bir məhəllədə yaşadığı üçün “Əskəri” ləqəbiylə məşhur olmuşdur. İmamın digər məşhur ləqəbləri, “Zəki” və “Nəqi”dir. Künyəsi isə “Əbu Muhəmməd”dir.
Onuncu İmam şəhadətə yetişdikdə, İmam Həsən Əskəri (ə.s) iyirmi iki yaşlarında idi. Atasından sonra imamət müddəti altı il və şərəf dolu ömrü iyirmi səkkiz il sürmüşdür. Hicri 260-cı ildə, iyirmi səkkiz yaşlarında şəhadətə çatdı. Tək övlad və qəyyumu, varlığının nuru, qeybət buludu arxasında günəş misalı gizli olan və Allahu-təala iradə etdiyi zaman qiyam və zühur edərək yer üzünü zalımlardan təmizləyəcək və aləmi ədalətlə dolduracaq olan, Əhli-Beyt İmamlarının (ə) sonuncusu, on ikinci öndər, əmr sahibi və zamanın imamı Həzrəti Höccət ibn Həsən əl-Məhdidir (ə.f). Canımız Onun ayaq basdığı torpağa fəda olsun!

İmam Həsən Əskərini (ə) görənlər, Onu belə təsvir etmişlər: “Dərisi buğdayı rəngli, iri gözlü, gülər üzlü, uzun boylu, heybətli və əzəmətli idi.”

İmam Həsən Əskəri (ə), altı Abbasi xəlifəsi; Mütəvəkkil, Muntəsir, Mustəin, Mö’təzz, Muhtədi və Mötəmidin xəlifəlik zamanlarında yaşadı və Mötəmidin dövründə şəhadətə yetirildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button