Sual 1: Təqlid nədir?
Cavab: Təqlid müctəhidin göstərişinə əməl etməkdir.
Sual 2: Təqlid kimə vacibdir?
Cavab: Dini hökmlərə münasibətdə insanlar üç qismə
bölünür:
1. Müctəhid (fiqh elmində ictihad dərəcəsinə çatmış
şəxs);
2. Möhtat (bütün hökmlərdən xəbərdar olub,
ehtiyat yolunu tutan şəxs);
3. Müctəhid və möhtat olmayanlar–müqəllid.
Əgər bir şəxs nə müctəhid, nə də möhtatdırsa, müctəhidə təqlid etməlidir.
Sual 3: Kimə təqlid edilməlidir?
Cavab: Doqquz şərtin ödəndiyi «cameüş-şərait» müctəhidə təqlid etmək olar. Bu doqquz şərtlə tanış
olaq: 1. Kişi;
2. Baliğ (həddi-büluğ);
3. Aqil (ağıllı);
4. 12 imamçı şiə;
5. Halalzadə (qanuni nikahdan doğulmuş);
6. Diri;
7. Adil (ədalətli);
8. Vacib ehtiyata əsasən
dünyaya həris olmayan;
9. Başqa müctəhidlərdən daha elmli–ə’ləm olan.
Sual 4: Nədə təqlid edilməlidir?
Cavab: İslam dini üsuli-din (inamlar), əxlaq və füruidin (əməllər) bölmələrindən ibarətdir. Əqidə məsələlərində (üsuli-din) təqlid etmək olmaz. Yalnız əməli hökmlərə (fürui-din) təqlid edilməlidir.
