İlahi övliyaların və dövrümüzün saleh insanlarının həyatı həmişə ibrətamiz olmuşdur. Onlar mə`rifət və paklıq nuru ilə həyat yolunu gözəl və dəyərli şəkildə keçmiş, ən adi işləri belə xüsusi bir zövqlə yerinə yetirmişlər. Bu zövq və səfa həqiqətən tə`rifəlayiq və qeyri-adidir. Doğrudan da, onların həyatı bütün yönümlərdən ibrətamizdir. Mə`rifət nuru olan yerdə zülmət əhli üçün adi həyat tamamilə başqa görkəm alır. Allah adamlarının baxışında, dinləməsində, yuxusunda, qidalanmasında, hətta qəzəbində bir nur var. Onların dünya həyatındakı adi addımları, ləzzət və sevinc duyğuları da nuranidir. Bəli, onlar nur sahibləridir. İlahi feyz nurundan bəhrələnməyənlər isə zülmətə qərq olmuşlar.1 Dünya bütün zər-zibası ilə, aldadıcı cilvələri ilə ilahi övliyaların və pak bəndələrin xatirəsini insanların zehnindən silib apara bilməmişdir. Dünya cilvələri nə qədər güclənsə də, mə`rifət nuru əldə etmək istəyənlərin sayı günbəgün artmaqdadır. Öz həyatını övliyaların həyatına bənzətmək istəyən gənclər və aşiqlər az deyil. Övliyaların əhval-ruhiyyəsi, tərbiyəvi, elmi və ictimai səciyyələri ilə tanış olmaq üçün onların həyatını öyrənmək lazım gəlir. Kamillik yolunu tanımaq, mə`nəviyyat və paklıqdan bəhrələnmək məqsədi ilə övliyaların həyatını mütaliə etmək, onları ideal seçmək çox faydalıdır.
Ariflərdən

Bu Kitabı Paylaş
Şərh edilməmiş
Şərh edilməmiş
