Bizim Dini Əqidəmiz

Müasir əsrimizdə dünyada böyük bir dəyişiklik və irəliləyişə sahibik. Bu dəyişiklik ən möhtəşəm və səmavi dinlərdən olan İslam dinindən qaynaqlanır. İslam dini hazırki əsrdə yeni bir dirçəliş və tərəqqiyə qədəm qoymuşdur. Dünya müsəlmanları ayılaraq, öz əslinə, kökünə qayıdıb, cavabsız qalmış problemlərin həllini İslam təlimlərində axtarırlar. Bəs bu dəyişikliklərin səbəbi nədir? Bu sualı ayrıca bir bəhsdə, müstəqil şəkildə araşdırmaq lazımdır. Ən əhəmiyyətlisi budur ki, biz İslamda yaranan bu qığılcımları, dəyişiklikləri bütün müsəlman ölkələrində müşahidə edirik. Elə bu səbəbdən də, dünya xalqları İslamın nə dediyini, nə kimi yeniliklər bəxş etdiyini anlamaq istəyirlər. Belə bir əhəmiyyətli və həssas bir zamanda bizim vəzifəmiz İslamı olduğu kimi, sadə ibarələrlə xalqa çatdırmaq, olduqca ali elmi terminlər və başa düşülməsi çətin olan kəlmələrdən istifadə etmədən, İslamı insanlara öyrətməkdir. Bu yolla biz, İslamdan düzgün məlumatı olmayan digər şəxslərin bizim əvəzimizdə, dini əqidəmiz barəsində qərəzli şəkildə söz söyləməsinə, yanlış fikir yürütməsinə mane ola bilərik

Bu Kitabı Paylaş
Şərh edilməmiş