Cənab Prezident

Şəhadətinə qədər çoxları onu nə tanıyır, nə də dəyərini bilirdi. Bir çoxları ona savadsızlıq etiketi vurur, bəziləri ölkəni idarə etməkdə aciz hesab edirdilər. Seyid İbrahim isə belə soyuq münasibətlərə əhəmiyyət vermədən xalqa, xüsusən də yoxsullara xidmət edirdi. Özü əzab çəkmiş adamdı, xalqın dərdini anlayırdı. Beş yaşında atasını itirmiş, uşaqlıqdan anası ilə birlikdə işləmişdi. İş, çətinlik və həyatın sıxıntıları onun təhsilinə mane ola bilməmişdi. Təxminən on beş yaşında elm hövzəsinə daxil oldu. Bir qədər Məşhəddə təhsil alandan sonra Quma getdi. İmam Xomeyninin mübarizəsi başlayanda dərslə bərabər mübarizə də dəyişməz proqramlarından biri oldu. İdarəçiliyə prokuror köməkçiliyi ilə başladı, az sonra isə Kərəc vilayətinin prokuroru oldu. İşdə uğurlarına görə Həmədan prokurorluğunu da ona həvalə etdilər. Sonralar isə Məhkəmə hakimiyyəti sədrinin birinci müavini, 2015-ci ildə isə İmam Xameneinin fərmanı ilə İmam Rzanın (ə) məqbərə kompleksinin rəisi vəzifələrini üzərinə götürmüş, üç ildən sonra Məhkəmə hakimiyyətinin sədri təyin edilmişdir. Orada da vəzifələrini uğurla yerinə yetirəndən sonra çoxları ondan prezident seçkilərində namizədliyini irəli sürməsini xahiş etdilər. Namizəd oldu, xalq da ona etimad göstərdi. Üç il dayanmadan çalışdı, 2024-cü ilin mayında isə helikopter qəzasında şəhadətə qovuşdu.

Bu Kitabı Paylaş
Şərh edilməmiş