
Bu kitab çox dərin, geniş və güclü olan, müxtəlif ölçü və təbəqələrdə bərqərar olmuş İran İslam Respublikasının regiondakı təsirində general Qasım Süleymaninin rolunu izah etməyə çalışır. Amma, bunun bir neçə fakta işarə edərək araşdırılması asan məsələ deyil və bir məqaləyə də sığmır. Faktlardan nümunələr;
1. Mübarək şəhidin SEPAH-ın Qüds Qüvvələrinin komandiri vəzifəsindəki missiyasının xarakteri və hərəkətləri, habelə onunla əlaqəsi olan mücahid və hərəkat qrupları və şəxsiyyətləri, əsasən yüksək təsnifatlı, gizli və çox vasitəli olmuşdur.
2. General Qasım Süleymaninin hərəkət və fəaliyyətlərinin əzəmətli unikallığı var ki, sağlığında
inqilabın ali rəhbərinin məmnunluğuna və şəhadətindən sonra əzəmətlə xatırlamasına səbəb olub.
3. Hacı Qasimin çoxşaxəli şəxsiyyəti və cihad məktəbi ixlas və saleh əmələ əsaslanır. Ümumiyyətlə o, söz deyil, əməl adamı idi. Buna görə də, o Allah yolunun mücahidinin işləri və zəhmətlərinin çoxu gizli qalmış və yalnız özünün və yanında olanların dediklərinin bir qismini qeyd etmək olar.
4. Bu vəzifənin onun şəhadətindən sonra da davam etməsi, qismən onun şəhadətinin əzəməti və silahdaşlarının intiqamından, qismən də onun hazırladığı təlim, siyasət, məqsəd və uzunmüddətli strategiyalardan qaynaqlanır ki, inşa Allah, gələcəkdə həyata keçiriləcək. Buna görə də, general-mayor Qasım Süleymaninin bu rolunu izah etmək üçün gördüyü işləri və performansından əldə olanlar, aysberqin görünən hissəsidir və yeri gəlmişkən, onun şəhidliyindən sonra davam edən gələcəkdəki təsirlərini hələ də gözləmək və görmək lazımdır.

