Otuz il öncə bu binada yaşayanlar indi həyatda deyillər. Bu evdə Əli Çitsazian ata-anası Nasir və Mənsurə ilə, qardaşları Sadiq və Əmirlə və yeganə bacısı Məryəmlə birgə yaşayırdı. Əli ağa bu evdən cəbhəyə getdi, bu evdə bir müddət həyat yoldaşı ilə yaşadı. Onun cəsarət dastanı bu gün təkcə bizim yaşıdlarımıza deyil, övladlarımıza da şirin və maraqlıdır. İki il öncə daha bir şəhid ailəsinin xatirələrini yazmaq qərarına gələndə bu qədər şəhiddən hansını seçəcəyimi bilmirdim. Bir neçə həftə keçdi. Nəhayət, şəhidlərin özlərinə müraciət etdim, dedim ki, kimdən yazmalıyamsa, özü qabağa düşsün. Bir neçə gündən sonra Tehrandan bir dostum zəng vurub dedi: “Bir əməkdaşımız Şəhid Çitsazianın həyat yoldaşından bir neçə saatlıq müsahibə almışdır. Siz bu xatirələri tamamlayıb hazırlaya bilərsinizmi?” Gözləmək yeri deyildi, şəhidin özü gəlmişdi. Qəbul etdim. İki-üç gündən sonra xanım Fərzanə Mərdinin xanım Zəhra Pənahidən aldığı müsahibələrinin səs yazısı mənə çatdı. Alınmış müsahibələri hazırladım və yenilərini də almağa başladım. Bir neçə dəfə mən Tehrana getdim, bir neçə dəfə də xanım Pənahi Həmədana gəldi. Bununla da xatirələrin natamam hissələri bitdi. Bir dəfə küçədə dayanıb sağollaşanda xanım Pənahi dedi: “Şirin xatirədir, biz bu binada yaşayırdıq”. Qarşıdakı binanı göstərib dedi: “Mənsurə xanımın evi altıncı blokun dördüncü mərtəbəsində idi”.
Gülüstan Prospekti

Bu Kitabı Paylaş
Şərh edilməmiş
Şərh edilməmiş
