Ayətullah Hacı Şeyx Əhməd Sabiri Həmədani 1302-ci ildə (1924) Həmədanın ətraf kəndlərindən biri olan Böyükabad kəndində dünyaya gəlmişdir. Öz ibtidai təhsilini kəndin mollasının yanında öyrənmiş, 1319-cu ildə isə təhsilini davam etdirmək üçün Həmədan şəhərinə gələrək “Axund” adına elmiyyə hövzəsində dini təhsillə məşğul olmuşdur. Bu şəhərdə yaşadığı ilk vaxtlarda müttəfiq qüvvələrin Həmədana daxil olması və Rzaxanın İrandan çıxması nəticəsində qəhətlik yarandı və əmin-amanlıq aradan getdi. Məhz bundan yaranan məişət çətinliyi səbəb oldu ki, o alicənab şəxsiyyət dəfələrlə təhsildən geri çəkilmək fikrinə düşsün və öz elinə-obasına qayıtsın. Ancaq Allah təaladan kömək istəyərək öz dərs və bəhslərini səbirlə davam etdirdi. Hövzənin ümumi səth dərslərini hövzə müəllimlərindən olan Hacı Mirza Məhəmməd Əli Damğani, Hacı Mirza Əbulqasim Rəbbani, Hacı Şeyx Mirza Əsədullah Höccət, Hacı Şeyx Əli Ənsari, Hacı Şeyx Məhəmməd Hüseyn Bəhari, Hacı Şeyx Mustafa Haşimi və s. kimi böyük alimlərin hüzurunda sona çatdırdı və 1325-ci ildə təhsilini təkmilləşdirmək məqsədi ilə Müqəddəs Qum şəhərinə gəldi. Bu şəhərdə Hacı Seyyid Əhməd Xonsari, Hacı Seyyid Məhəmməd Mühəqqiq Damad, Hacı Seyyid Məhəmməd Höccət Kuhkəməri, Hacı Ağayi Sultani Burucerdi, “Əl-mizan” təfsirinin müəllifi Hacı Seyyid Məhəmməd Hüseyn Təbatəbai kimi böyük şəxsiyyətlərin dərslərindən faydalanmış və Ayətullah Burucerdi, İmam Xomeyni və Gülpayiqani kimi mərcəyi-təqlidlərin şərif hüzurlarından istifadə etmişdir. Bununla eyni zamanda, hövzənin təhsil sisteminə uyğun olaraq tərdislə də məşğul olmuşdur. 1343-cü ildə İstanbulda yaşayan iranlılardan bir qrupunun iranlı bir mübəlliğin oraya göndərilməsi barədəki istəklərinə əsasən, hörmətli müəllif Ayətullah Gülpayiqaninin tərəfindən Türkiyəyə göndərildi və İstanbulun şiə məscidlərində cümə və camaat namazlarına imamət etməyə başladı, sair şəhərlərdə məscid tikintisinə, təbliğə, tə`lifə və müxtəlif iclaslar təşkil etməkdə şiələrə lazımi köməkliklər etməyə başladı. 1351-ci ildə İran dövlətinin mübəlliğlərin şiə məscidlərində təbliğat işi aparmaqla müxalifəti nəticəsində Türkiyədə səkkiz il məşğul olduqdan sonra İrana qayıtdı və 1357-ci ilə qədər bir neçə dəfə Ayətullah Gülpayiqaninin tərəfindən dini elmiyyə hövzələrinə nəzarət etmək və din alimləri ilə görüşmək üçün Hindistana və Suriyaya səfər etmişdir. 1357-ci ildə o böyük mərcəyi-təqlidin tərəfindən Londonda “Məcməi-cahaniye-islam” təşkilatına nəzarət etdiyi vaxtlar İmam Xomeyninin Fransaya gəlişi zamanına təsadüf edirdi. İmam Xomeyni ilə Türkiyədə sürgündə olarkən məktub vasitəsi ilə əlaqə saxlayırdı. Bu zaman Ayətullah Gülpaqyiqaninin göstərişi ilə Parisə getdi və İmam Xomeyninin Fransanın Nofel Loşatoya gəldiyi ilk günlərdə onunla görüşüb təmas tutdu, Ayətullah Gülpayiqaninin salamını ona çatdırmaqla yanaşı, İmam Xomeyninin də sağlamlıq xəbərini Ayətullah Gülpayiqaniyə çatdırdı və yenidən Londona qayıtdı. İngiltərəyə qayıdandan sonra Londonda yaşayan müsəlmanlar tərəfindən İmam Xomeyniyə lazımi ehtiram göstərmək barəsində Fransanın prezidentinə teleqraf göndərdi və bir müddətdən sonra İrana qayıtdı.
İmam Hüseynin (ə) Əxlaqi Görüşləri

Bu Kitabı Paylaş
Şərh edilməmiş
Şərh edilməmiş
