Əhli-Beyt (ə)


Bütün dinlər içində yalnız İslam dini elm və əql  əsasında qurulmuşdur. Qurani-Kərimdə “keçmiş ümmətlərin tarixi” ünvanı ilə bəyan edilən hadisələrdən aydın olur ki, həmin ümmətlərin xoşbəxt olmaları, yaxud fəlakətə düşmələri əqli və ya təbii səbəblərdən hesab olunan bir sıra amillər nəticəsində olmuşdur. Qurani-Kərim bəşəriyyət üçün gətirdiyi həyat proqramının ictimaiyyətdə icra olunmasını düzgün və əqləuyğun sənəd olmasını sübut edir, əql sahiblərini bu proqram haqqında dərindən fikirləşməyə, təfəkkür etməyə dəvət edir. Keçmiş ümmətlərin xoşbəxtliyə çatması və ya bədbəxtliyə, fəlakətə düşməsinin əsas amili onların tabe olduqları din olmuşdur.

Bu Kitabı Paylaş
Şərh edilməmiş