
Hər bir fəlsəfi-ictimai cərəyanın, dini-əxlaqi məktəbin yaranması və inkişafı üçün iki şey zəruridir: ideya və şəxsiyyət. Dinlərin sonuncusu və ən mükəmməli olaraq İslam bu iki məsələdə də dünya xalqları üçün əvəzsiz örnəkdir. Bir tərəfdən sarsılmaz etiqad sisteminə və elmi-əxlaqi dəyərlərə malik olması, digər tərəfdən də mayası əqidə, əxlaq və hik- mətdən yoğrulmuş kamil şəxsiyyətlərlə zənginliyi baxımından müqəddəs dinimiz, həqiqətən ardıcıl öyrənilməyə, beləliklə də, ən düzgün yaşam tərzi kimi əbədi olaraq öz mövqeyini qoruyub saxlamağa layiqdir. Şəxsiyyət tərbiyəsini özünün əsas tələblərindən biri elan edən İslam tarix boyu zamanın fövqündə dayanan ümumbəşəri problemlərin ağırlığını çiyinlərində daşıyan, bütün dövrlər üçün elm və mənəviyyat güzgüsünə çevrilən kamil insanlar meydana çıxarmış, onların vasitəsi ilə dünyanın ictimai-mədəni axarına təsir göstərmişdir. Söz yox ki, bu şəx- siyyətlərin ön sırasında əziz peyğəmbərimiz Həzrət Muhəmməd (s) və onun nəslindən olan pak, məsum din rəhbərlərimiz durur.
Həzrət Əli (ə) Müxtəlif Baxışlarda

Bu Kitabı Paylaş
Şərh edilməmiş
Şərh edilməmiş
