
Kitabın əsas mövzusuna keçmək üçün bir müqəddimə bəyan etməyə məcburuq:
1. “NƏHCÜL-BƏLAĞƏ”
“Nəhcül-bəlağə” 1000 il bundan öncə həzrət Əli (ə), onun ilahi və insanpərvər məktəbinin aşiqlərindən biri olan Seyid Rəzi tərəfindən, həzrət Əlinin (ə) buyuruqları və yazıları əsasında toplanıb tərtib olunmuş bir məcmuədir. Mərhum Seyid Rəzidən öncə bütün bu buyuruqlar və yazılar müxtəlif kitab və risalələrdə pərakəndə şəkildə əks olunmuşdu. Təxminən hicri 400- cü ildə Seyid Rəzi çox pərakəndə gövhərləri toplayıb kitab tərtib etmişdir. Bu dəyərli və misilsiz kitabda həzrət Əlinin (ə) xütbə, hədis, məktub, vəsiyyətnamə, moizə, kəlam, dövlət fərmanları, Qur’an ayələrinin təfsiri, 100-lərlə tərbiyəvi göstəriş və həyatverici qanunlardan ibarət uca və böyük düşüncə əsərləri əks olunmuşdur. Tərtibçi bu əsərə həzrətin misilsiz bəlağət və üslubu prizmasından baxdığı üçün öz işində məhz bu prinsipə əsaslanmış və kitabı “Nəhcül-bəlağə”, yəni “bəlağət yolu” adlandırmışdır.
Həzrət Əlinin (ə) Malik Əştərə Məktubunun Şərhi

Bu Kitabı Paylaş
Şərh edilməmiş
Şərh edilməmiş
