Ön söz
Qarşınızdakı kitab rəşadətləri və alicənablığı ilə şəhadət məqamına layiq görülmüş qəhrəman bir şəhidin həyat hekayəsidir. Yeniyetmə və gənclərimiz idman, incəsənət və digər sahələrdə dəyərsiz örnəklərdən nümunə götürür, addımbaşı bir çalanın olduğu, siçan geyimində bir canavarın pusqu qurduğu həyat yollarında çaşbaş qalırlar. Belə bir dövrdə ibrahimlərin həyatı zülmət gecəyə işıq tuta bilər. Çünki mövlamız belə buyurub: “Bu ulduzlarla yolu tapmaq mümkündür”. Vilayət məktəbinin yetirməsi olan İbrahimin özü ixlas, eşq və fədakarlıq müəllimi idi. O, Kövsər camından su içib çoxlu susuzlara saqi oldu. O, nəfsə qalib gəlməyi öyrəndi, amma Purya Vəlidən1 yox, mövlası Əlidən. O, qəhrəmanlığın portretini öz həyatı ilə təsvir edib yerində ikən bütün aləmi gəzməyin, azadlığın zirvəsində ikən qul olmağın – yalnız həzrət Haqqa qul olmağın mümkünlüyünü göstərdi. Bəziləri dənizin zahiri gözəlliyindən həzz alırlar, bəziləri suya girib daha çox bəhrələnirlər, bəziləri bununla da kifayətlənməyib dərinliklərə gedir, suyun altındakı daş- qayalar arasından sədəf və mirvari çıxarırlar. Və hələ dənizin altında o qədər mirvarilər var ki, onlara heç bir dalğıc əli dəyməyib. Allah-Taala hərdən bu ləl-cəvahiratın birini bizə göstərir və biz bu tükənməz dəryadan nələr bilmədiyimizi öyrənirik.
Salam Olsun İbrahimə 2-ci Cild

Bu Kitabı Paylaş
Şərh edilməmiş
Şərh edilməmiş
