İslam dünyasına hakim kəsilən şəraitə agah olanlar yaxşı bilirlər ki, bu gün islam dünyası müxtəlif ümmətlər, qruplar şəklinə düşmüşdür, hər ümmətin də özünəməxsus qayda-qanunları vardır. Onlara elə adamlar rəhbərlik edir ki, özlərinin qalıb davam etməsini ümmətlər arasında ixtilaf yaratmaqda görürlər. Buna görə də bu kimi məsələlərdə müxtəlif cür sərmayə qoyur, mümkün olan hər bir vasitədən istifadə edirlər. Şübhəsiz, islam məzhəbləri arasında müəyyən ixtilaflı məsələlər vardır, hərçənd onların əksəriyyəti islam mütəkəllimləri tərəfindən irəli sürülən kəlam məsələləri ilə əlaqədardır və əksər müsəlmanlar da bu kimi ixtilaflardan xəbərsizdirlər, lakin ixtilaflı
məsələlər müqabilində müştərək cəhətlər vardır ki, onların arasında birliyin əsasını təşkil edir, hətta demək olar ki, müştərək cəhətlər ixtilaflı cəhətlərdən qat-qat artıqdır. Bununla belə ixtilaf yaradanlar məhz həmin ixtilaflı məsələlərə istinad edir, üsül və füruidin məsələlərindəki müştərək məsələləri xatırlatmaqdan çəkinirlər. “İslam məzhəbləri arasında yaxınlaşdırma” ilə əlaqədar keçirilən konfransların birində nikah, təlaq, irs və s. kimi şəxsi məsələlərdə fiqhi məzhəblərin mövzusunu bəyan
etmək mənə həvalə etmişdir. Bir yazıçı konfransa bu barədə elə bir məqalə təqdim etmişdi ki, iştirakçıların hamısını heyrətləndirmişdi. Həmin məqaləni əvvəlcədən oxumazdan qabaq bizim (yuxarıda qeyd edilən) üç məsələ ilə əlaqədar sünnülərin dörd məzhəbi ilə vahid nəzərdə olmağımız məsələsi onun üçün qəbul olunası deyildir.