72 KƏLAM

Əlinizdə olan bu kitab Ayətullah Xamenei həzrətlərinin İmam Hüseyn  hərəkatına aid müxtəlif məsələlər barəsindəki çıxışlarının seçilmiş hissələrindən ibarətdir. Həmin çıxışlar 1989-cu ilin may ayından 2011-ci ilin iyun ayına kimi müxtəlif görüş və məclislərdə edilib və 72 söz formasında bir yerə toplanıb. Həmin çıxışların
bəzisi, məsələn, 2-ci və 5-ci sözlər bir neçə cümlə həddində, bəzisi, məsələn, 27 və 44-cü sözlər isə zamanın tələbi və mövzunun əhəmiyyətinə görə daha böyük həcmə malikdir.
Həmçinin 72-ci sözdə Ayətullah Xamenei həzrətlərinin müxtəlif çıxışlarında Aşura qəhrəmanlığı məzmunlu
duaları toplanaraq təqdim edilmişdir. Bu kitabda məsələlər tarixi ardıcıllıq əsasında düzülmüşdür. Lakin məsələləri mövzu bölgüsü əsasında mütaliə etmək istəyən oxuculara kömək etmək məqsədi ilə kitabın əvvəlində mövzu mündəricatı da təqdim edilmişdir. Ümid edirik ki, İmam Hüseyn (ə) əzadarları, Allahın istəyi ilə, məhərrəm ayında əzadarlıq məclislərində iştirak edib ilahi ayinlərə ehtiram göstərmək və Kərbəla şəhid və əsirləri karvanına matəm saxlamaqla yanaşı, o şəhid imamın hədəf və amallarını dərk etmək və İslamın bu böyük keşikçisinin ad və yolunu qorumaq istiqamətində uğur qazanacaqlar.

Müvəffəqiyyət Allah tərəfindəndir.
Əlirza Muxtarpur Qəhrudi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button