FİQH RİSALƏSİ

Sonsuz qüdrəti ilə varlıq aləmini yaradan, öz əzəli elmi ilə aləmə varlıq bəxş etməklə hikməti sayəsində hər kəsi məxsus yola yönəldən və eşq odunu onun vücudunda alovlandıran Allaha həmd və şükürlər olsun.

Varlıq gövhəri Həzrət Məhəmməd Mustəfaya (s) və ilahi vəhy xəzi­nəsinin əmanətdarları olan onun pak Əhli-beytinə (ə) sonsuz salamlar olsun. İnsanların səadətə nail olması naminə din yolunda çalışmaqla ilahi hökmləri onun pak və zülal çeşmələrindən çıxaran, insanları (İslam şəriəti əsasında qurulan yaşayış tərzi) qanun-qaydaları hesab olunan şəri vəzifələri ilə tanış edən alimlərə və fəqihlərə çoxlu salamlar olsun.

Bu risalə dünya şiələrinin görkəmli və dahi mərcəyi təqlidi Cənab Ayətullah Üzma Hacı Seyid Əli Xameneinin (Allah onun ömrünü artırsın) fətvaları əsasına tənzim edilmiş şəri hökmlər toplusudur.

Onun fiqhi fətvaları əvvəlcə “Əcvibətul-istiftaat”, yəni “Suallara ca­vablar” risaləsində çap və nəşr olunub. Bu risalə o cənabın fətvalarına, eləcə də müxtəlif fiqhi bölümlərdə müqəllidlərinin suallarına verdiyi cavablara aiddir. Bu risalə əvvəlcə ərəb, sonra isə fars dilinə çevrilərək nəşr edilib.

Hicri-şəmsi tarixiylə 1382-ci ildə mərhum Höccətül-İslam Müşfiqi­purun zəhmət və səyi nəticəsində “Əcvibətul-istiftaat” risaləsindən, həmçinin digər suallara verdiyi cavablar toplusundan istifadə edilərək o cənabın fətvaları ilə müvafiq “Risaleyi amuzeşi”, yəni “Dərslik risaləsi”nin birinci cildi (ibadət bölməsi) xüsusi nəzmdə dərslik məqsədiylə tənzim və nəşr edildi. O risalə “Əmin” incəsənət və mədəniyyət müəssisəsi vasitəsi ilə çap edildi. Sonra həmin müəssisə vasitəsilə bir qrup alim yoldaşların səyi nəticəsində o risalənin ikinci cildi (Müamilat bölməsi) hazırlanıb nəşr edildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button