SƏNDƏN PAYIM

Dedim ki, bu qadının həyatını yazacağam. Artıq qərara gəlmişdim. Zəng vurdum. Dəstəyi özün götürdün. Yaşlı bir qadınla danışa-cağımı gözləyirdim. Lakin səsin çox gənc idi. Düşündüm ki, yəqin qızındır. Dedim: “Mən Hacı Səttarın xanımı ilə danışmaq istə-yirəm”. Gülüb dedin: “Mənəm”. Haqqında eşitmişdim. Hacı Səttarın şəhadətindən sonra əzab-əziyyətlə beş uşaq böyüt-müsən. Eşitmişdim. Dedim özüdür ki var; mən bu qadının həyatını
yazacağam. Hər şey düzəldi. Dedin ki, mən söhbətcil adam deyi-ləm. Lakin ilk görüşün vaxtını təyin etdin: 21 aprel 2009-cu il. Alça mövsümü idi. Evinə gəlib qarşında otu-rur, səsyazan cihazı işə salırdım, sən də xatirələrindən, ataanandan, gözəl kəndinizdən, uşaqlığından danışırdın. Nəhayət, mövzu Hacı Səttara və müharibəyə çatdı. Bunlar bir-birinə bağlı mövzular idi. Müharibənin ağır yükü kiçik evinə, sənin – Qədəmxeyir Məhəmmədinin arıq çiyinləri üzərinə düşmüşdü. Və bunu heç kəs anlamadı… Sən danışır, mən dinləyirdim; güləndə gülür, ağlayanda ağlayırdım. Ramazan ayında müsahibə bitdi. Sevinirdin ki, oruclarını tutacaqsan. Axırda dedin: “Bir şey danışmaq istəmirdim, amma deyəsən, hər şeyi danışdım”. Mən səndən də çox sevinirdim. Müsahibələri köçürməyə getdim.
Danışdıq ki, xatirələri yazıb hazırlayandan sonra sənə verim, yaddan çıxanları əlavə edək. Lakin onda hər şey qarışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button