SÜLHSEVƏRLİK

Ön söz
İslam rəhmət, güzəşt və əfv dinidir. İslam ülfət, yardımlaşma, sülh və əmin-amanlıq dinidir. Ancaq müqəddəs dinimizdə bu iki məsələdən (döyüş, yoxsa sülh) hansının əsas, hansının ikinci dərəcəli olmasında ixtilaf var. Bir qism insanlar bəzi Quran
ayələri, hədislər və məsumların əməli yolunu nəzərə alaraq müxaliflərlə döyüşü birinci dərəcəli hesab edirlər. Lakin sülh və əmin-amanlıq barəsində rəvayətlərə, Quran ayələrinə nəzər yetirən şəxslər sülh, əmin-amanlıq və insan həyatının qorunmasını birinci dərəcəli, döyüş və qan tökməyi isə xüsusi hallarda zəruri olan ikinci dərəcəli iş hesab edirlər. Sünnə və kitabdan məlumatı olan şəxslər İslamın xalqı müharibəyə çağırmadığına və müharibəni əsas prinsip kimi tanımadığına inanırlar. Müqəddəs dinimizdə savaş hökmünün səbəbi, qan tökməyə meyl və rəğbət anlamına gəlmir. Eyni zamanda bütün bu xalq yürüşlərini
birinci və ikinci dünya müharibələrində olduğu kimi, nemətlər əldə etmək və ya ölkələri işğal etmək məqsədi daşıyan müharibələrlə eyniləşdirmək olmaz. İslamın savaşda məqsədi onun yüksəlişi qarşısındakı maneələri aradan götürmək və din düşmənlərinin məhv etmək istədikləri əxlaqi dəyərlər və İslam məfhumlarını müdafiə etməkdir. Tarixə müraciət etsək, İslamda baş vermiş bütün savaşların müdafiə xarakterli olduğunu və bu savaşların həqiqi və ya ehtimal olunan düşmənin qarşısının alınması üçün təşkil edildiyini görərik. Xüsusilə İslamın əvvəlində və girami peyğəmbərin dövründə baş vermiş savaşlar! İndi isə Quran və rəvayətlərdə göstrilmiş savaş amilləri və məqsədlərini araşdırırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button