MÖHSÜN BƏY

12 İyul 1991-ci ildə İranda çoxlu oğlan uşağı dünyaya gəldi. Lakin onların yalnız biri 26 ildən sonra bütün xalqın qürur mənbəyinə çevrildi. Möhsün Höcəci Nəcəfabad şəhərində dünyaya göz açdı, ömrünün sonuna qədər də orada yaşadı. Atası taksi sürücüsü, anası isə evdar qadın idi. Onların yanında böyüdü, onlardan din və əxlaq öyrəndi. O, həddibulağa çatmasını gözləməyib uşaqlıqda namaz və oruca başladı. Ata-anası ramazan ayında onu obaşdana oyatmayanda ac-acına oruc tuturdu. Quranı da çox tezliklə öyrəndi. Adətən məktəbdə sıra düzülüşündə hamının önündə Quran oxuyurdu. Orta məktəbdə oxuyarkən Şəhid Kazimi müəssisəsi tərəfindən cəbhə bölgələrinə ekskursiyaya yollandı. Qayıdandan sonra həmin müəssisə ilə əməkdaşlıq etmək qərarına gəldi. İlk günlərdə əlaqəsi çox da güclü deyildi, hətta bir müddət əlaqəni kəsmişdi də, amma sonra yenidən fəaliyyətlərə başladı. İmam Xamenei müəssisənin kitab oxumaqla bağlı təbliğatlarını yüksək dəyərləndirəndən sonra qərara gəldi ki, bütün imkanlarını kitab və
mütaliənin təbliğinə yönəltsin. Şəhid Höcəci tənbəllikdən qaçırdı. O, hərbi xidmətini Nəcəfabadda keçirə bilsə də, öz təklifi ilə Dezful qarnizonuna göndərildi. Hərbi xidmətdən sonra ailə qurdu, şəhadəti çox sevdiyinə görə bir müddətdən sonra pasdar fəaliyyətinə başladı. İŞİD Suriyaya hücum edəndən sonra isə yalvararaq adını Hərəm müdafiəsi könüllüləri siyahısına yazdırıb Suriyaya yola düşdü. O, ikinci dəfə Suriyaya göndəriləndən sonra, bazar ertəsi günü, 7 avqust 2017-ci ildə İŞİD terrorçuları tərəfindən əsir tutuldu və iki gündən sonra şəhadətə qovuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button