O, günorta üstü terrasda əyləşib, parlaq yay günəşindən əsl ləzzət alırdı. Bu, onun istirahəti, sərbəstliyi, dinclikdən və sakitlikdən məmnunluq duymağı özünə rəva gördüyü çox az günlərdən biriydi. Apardığı axırıncı təhqiqata görə aldığı pullar
bu gözəl diyara bilet almağı üçün ona tam imkan verirdi. Payızın əvvəllərində Fransanın cənubu – demek olar ki, yer üzünün cənnətinə çevrilir. O isə Fransaya yaxşı bələd olan va bu ölkəni sevən bir adam kimi bu qədim və ecazkar torpaqda olmaq fürsətini heç zaman fövtə vermirdi.
Fransada hər şey onun xoşuna gəlirdi – nəhəng şəhərlar və möhtəşəm qalalar, sanki titrək havadan kükrəyib qalxmış qəsrlər, Luara dərəsindəki gözoxşayan düppədüz tənək sıraları, Senanın əhəngdar axışı, Normandiya sahillərindəki dəlisov coşqunluq.
