14 MƏSUMUN (Ə) HƏYATI – İMAM KAZİM (Ə)

Allah tərəfindən seçilmiş imamlardan yeddincisi İmam Musa ibn Cəfər, yəni İmam Museyi Kazımdır. İmam Museyi Kazım, İmam Cəfər əs-Sadiqin oğlu və İmam Rzanın atasıdır. İmamın məşhur ləqəbi olan Kazım, qarşılaşdığı əziyyətlərə və pis rəftara baxmayaraq qəzəbini ram edən mənasını daşıyır.
İmam Kazım dörd yaşında ikən süqut edən Əməvi dövlətindən sonra hakimiyyətə gələn Abbasilər, din simasına bürünmüş, xilafəti əllərinə keçirmiş və Əhli-Beyt soyuna hər cür maddi-mənəvi təzyiq etməkdən çəkinməmişdilər.
Əhli-Beytin dəyişməz qədəri olan əziyyət və məşəqqət, həyatları boyunca onları öz kölgələri kimi daima təqib etmişdir. Belə ki, İmam Musa ibn Cəfər ömrünün on ilə yaxın dövrünü heç bir əsaslı səbəb göstərilmədən həbs olunaraq zindanda keçirtmişdir.
Zindanda keçən günləri də daxil olmaqla, ömrünün mübarək zamanlarını hər an ibadətlə və insanları Haqqa (C.C.) dəvətlə keçirtmiş, zindanda yanına gələnləri maarifləndirmiş və Ona verilən sualları cavablandırmışdır.
İmamın zindana atılması, İmamın qardaşı oğlu Əli ibn İsmayılın xəlifəyə çatdırdığı məlumatlar əsasında icra edilmişdir.
İmam, Əli ibn İsmayılın Ona xəyanət edəcəyini bilirdi və əvvəldən xəbərdarlıq etmişdi.
Harun Rəşid İmamın haqqında xüsusi olaraq maraqlanmış və Əli ibn İsmayıl da ona belə bir hesabat vermişdi:”Şərqdən və qərbdən ona çoxlu pul gəlir, bu yaxınlarda isə 30 min dinar ödəyərək Mədinədə bir ferma satın almış, ferma sahibi dinarları bəyənməmiş, İmam da başqa dinarlarla ona olan borcunu ödəmişdi”.
Bu hesabatın əvəzində Harun Rəşid, Əli ibn İsmayıla 200 min dinar verilməsini əmr etmiş, lakin Əli ibn İsmayıl bu pulları əldə etmədən canını tapşırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button