Allah tərəfindən təyin edilmiş İmamların onuncusu İmam Əliyyən-Nəqi-(Hadi)-dir.
İmam Hadi, hicri 220-ci ildə Mötəsim dövründə imamət məqamına oturdu.
İmam Hadi altı Abbasi xəlifəsi dövründə yaşamışdır. Bunlardan xəlifə Mütəvəkkilin dövrü, İmam Hüseynin (Ə.S.) qəbrinin və ətrafındakı evlərin dağıdılmasını əmr edən Əhli-Beyt düşməni idi. O, özündən sonra oğullarını yerinə vəliəhd təyin etmişdi.
Xəlifə Mütəvəkkil, İmam Hadini Mədinədən gətizdirərək Samarrada həbs etdirdi. Belə ki, 244-cü ildə, yəni taxta çıxışından iki il sonra Yəhya ibn Hərsəməyə Mədinəyə getməsini və İmam Hadini Samarraya gətirməsini əmr etdi.
Yahya Mədinədə yaşananları belə təsvir edir:
“Mədinəyə getdim. Şəhərə girəndə böyük bir həyacan yaşandı. İnsanların qışqırıq və fəryad səsləri yüksəlməyə başladı. İmam Hadi insanlara həmişə yaxşılıq edirdi. Dünya malına zərrə qədər belə meyli yox idi. Xalqı sakitləşdirməyə çalışdı. Ona bir pislik etmək əmri almadığımıza dair and içdim. Ondan sonra evində axtarış etdim. Evdə Müshəflərdən, dualardan və elmi kitablardan başqa bir şey tapa bilmədim. İmam gözümdə xeyli böyümüşdü”.