ŞİƏ CAVAB VERİR

İslam dünyasına hakim kəsilən şəraitə agah olanlar yaxşı bilirlər ki, bu gün islam dünyası müxtəlif ümmətlər, qruplar şəklinə düşmüşdür, hər ümmətin də özünəməxsus qayda-qanunları vardır. Onlara elə adamlar rəhbərlik edir ki, özlərinin qalıb davam
etməsini ümmətlər arasında ixtilaf yaratmaqda görürlər. Buna görə də bu kimi məsələlərdə müxtəlif cür sərmayə qoyur, mümkün olan hər bir vasitədən istifadə edirlər. Şübhəsiz, islam məzhəbləri arasında müəyyən ixtilaflı məsələlər vardır, hərçənd
onların əksəriyyəti islam mütəkəllimləri tərəfindən irəli sürülən kəlam məsələləri ilə əlaqədardır və əksər müsəlmanlar da bu kimi ixtilaflardan xəbərsizdirlər, lakin ixtilaflı məsələlər müqabilində müştərək cəhətlər vardır ki, onların arasında birliyin əsasını təşkil edir, hətta demək olar ki, müştərək cəhətlər ixtilaflı cəhətlərdən qat-qat artıqdır.
Bununla belə ixtilaf yaradanlar məhz həmin ixtilaflı məsələlərə istinad edir, üsül və füruidin məsələlərindəki müştərək məsələləri xatırlatmaqdan çəkinirlər. “İslam məzhəbləri arasında yaxınlaşdırma” ilə əlaqədar keçirilən konfransların birində nikah, təlaq, irs və s. kimi şəxsi məsələlərdə fiqhi məzhəblərin mövzusunu bəyan etmək mənə həvalə etmişdir. Bir yazıçı konfransa bu barədə elə bir məqalə təqdim etmişdi ki, iştirakçıların hamısını heyrətləndirmişdi. Həmin məqaləni əvvəlcədən oxumazdan qabaq bizim (yuxarıda qeyd edilən) üç məsələ ilə əlaqədar sünnülərin dörd məzhəbi ilə vahid nəzərdə olmağımız məsələsi onun üçün qəbul olunası deyildir. Onlar həqiqətə uzaqdan tamaşa edərək şiəliyi islam tayfalarından ayrı düşmüş bir firqə hesab edir, gecə-gündüz kütləvi informasiya vasitələri ilə tarix boyu zülmə mə`ruz qalmış bu firqənin əleyhinə təbliğat aparırlar. Halbuki, onların islamın qatı və qansız düşmənlərinə xidmət etməkdən, düşmən dəyirmanına su tökməkdən başqa bir işləri yoxdur. Müəllif agah olmayan bu cür şəxslərə tövsiyə edir ki, şiələrlə yaxından əlaqə yaratsınlar, onların alim və mütəfəkkirləri ilə təmasda olsunlar ki, gözlərindən qəflət pərdələrini çəkə bilsinlər, şiələri özlərinin qardaşları hesab etsinlər və nəticədə aşağıdakı ayəni gerçəkləşməsinə şərait yaratsınlar: “Həqəqətən sizin ümmətiniz vahid bir ümmətdir, Mən də sizin Rəbbinizəm, (belə isə) Mənə ibadət edin.” İstismarçı qüvvələrin islam millətləri arasında apardığı məkrli siyasətlərdən biri də əzəmətli islama zərbə vurmaq üçün müəyyən şübhələr yaratmaqdır. Bu, son əsrlərdə Şərq ölkələrində və dünyanın başqa yerlərində müxtəlif şəkillərdə irəli sürülən qədim bir
üslubdur. Həcc mövsümündə bir tərəfdən İran İslam İnqilabı ilə tanışlığı olan, digər tərəfdən
isə beynləri düşmənlərin zəhərli əks təbliğatları nəticəsində xarab olan bə`zi ziyarətçilər iranlı hacılarla görüşdükləri zaman müəyyən suallar irəli çəkərək cavablarını almışlar. Bu ehtiyacları tə`min etmək üçün əksər hallarda dini və mədəni yönə malik olan sualların böyük qismini hörmətli mühəqqiq Seyyid Rza Hüseyninəsəb bir yerə yığmış və mənim nəzarətim altında tənzim edərək çapa hazırlamışdır. Cavab məqamında ixtisara riayət olunsun deyə zəruri miqdarla kifayətlənmiş və əlavə izahatlar digər məqamlara
həvalə edilmişdir. Ümidvarıq ki, bu kiçik xidmət İmam Zaman (ə)-ın razılığına səbəb olsun!

Qum, elmiyyə hövzəsi, Cəfər Sübhani, 1374

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button