RƏBBİN DƏRGAHINDA

“Bəndələrim səndən Mənim yaxınlığım və uzaqlığım barədə soruşduqda bilsinlər ki, Mən onlara yaxınam. Hər kim Məni çağırarsa onun duasını qəbul edərəm. ”İnsan öz həyatının eniş-yoxuşlarında, acılı-şirinli hadisələrində bəzən elə bir ruhi sıxıntıya düşür ki, heç bir maddi vasitə ilə sakitlik tapmır. Bütün imkan-lıların imkanını, sərvətlilərin sərvətini və dünyəvi ləzzətlər üçün
olan vasitələrin hamısını onun ixtiyarında qoysalar belə, ruhi sıxıntısından zərrəcə azalmaz. Belə bir halda insan ürək sözlərini demək üçün ən yaxın dostunun, özü üçün ən əziz olan şəxsin sorağına gedir. Bəzən isə heç kəsi məhrəm və etibarlı say-mayaraq tənhalığın bir küncündə öz-özü ilə pıçıltıya qapılır. Bütün hallarda sakitlik və şəfa üçün yeganə yol məhbub ilə ünsiyyət və məşuq yanında qəlb süfrəsini açmaqdır. Əgər insan pisliklərə aludə halda günah çirkabı səbəbindən qəm-qüssə və qəlb sönüklüyünə düçar olub özünə nifrət edərsə, hara sığınmalı və kiminlə dərdləşməlidir? Məhz bu məqamda insan bütün paklıq və yaxşılıqların qaynağı, məhəbbət və səfa yaradanı olan xaliqinə pənah aparıb Onunla ünsiyyət məclisinə qatılmalı, Onun eşqi və zikri ilə sakitlik tapmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button