Mütaliəni çox sevdiyimdən, həmişə bu kimi qiymətli sözlərə rast gəldikcə nədənsə onları toplamaq, cəmləşdirmək və oxuculara çatdırmaq fikri məni düşündürüb. İllər keçdikcə bu istəyim sanki alovlandı. Hesab etdim ki, bu işi görərəmsə böyük xeyirxahlıq
etmiş olaram. Bu kimi deyimlər bir mənada ehsandır. Təbii ki, heç şübhəm yoxdur ki, oxucularımızın da “sağ ol” kəlməsini də qaza-nacayıq. Sözarası İsa müəllim Həbibbəyliyə bu fikri dedikdə, bu layihəni dəstəkləyəcəyini bildirdi. Öz qiymətli məsləhətlərini əsirgəmədi. Bu fikrimi reallaşdırmaq üçün həmçinin ədəbiy-yatımızın böyük bilicisi, görkəmli filoloq, alim, AMEA-nın müxbir üzvü Teymur Kərimliyə müraciət etdim ki, bu işdə mənə köməklik göstərsin. Çünki o, bu deyimlərin bədii ədəbiyyatda ən yaxşı bilicisidir. Çox təəssüf ki, işləri çox olduğundan o, öz köməkliyini göstərə bilmədi. Bundan sonra bir az ruhdan düşsək də, bu hiss bir daha məni rahat buraxmadı və özümdə güc taparaq bu işi tamamlayıb sizə təqdim edirəm. Müəyyən nöqsan və qüsurları bağışlamağınızı rica edirəm. Ola bilsin ki, gələcəkdə bunun daha təkmilləşmiş variantını ortaya qoyaq. Bəzi zəruri təkrarları bilərəkdən vermişik. Belə
lazım gəlmişdir. Məqsəd mənbə müxtəlifliyini nəzərə almaq və olduğu kimi oxuculara çatdırmaq olmuşdur.