Ərəb dilində “zənb”, “ism” və məsiyət sözləri ilə ifadə olunan günah “xəta”,”itaətsizlik” və “üsyankarlıq” mənasını daşıyır. Həm ərəb, həm də başqa dillərdə “günah”-ın ümumi mənası itaətsizlik, qanunundan boyun qaçırmaq və ona əks çıxmaqdır. Bəzi alimlərin dediyini nəzərə alsaq, “günah” rəva görülməyən və yaramaz bir iş görmək, şəriət əhlinin nəzərində isə insanın qeyri-şəri əmələ qurşanması deməkdir. Müasir alimlər də günahı “qanunla müxalifət” mənasında təfsir edərək belə demişlər: “Günah insanların səadətini, təbii hüquqlarını qoruyan, məhdud fəaliyyətlərini göstərən qanunlara əks çıxmaq və ictimai nizam-intizamı pozmaq deməkdir. Can Markize özünün “Cinayət” kitabında, təqribən, bu tərifi qeyd edərək demişdir: “Hər kəs qanun sərhəddini aşıb ona qarşı çıxarsa, ictimai nizam-intizamı pozmuş olur və onun bu əməli qazıların nəzərində günah sayılır.