DOST DİYARININ YOLÇULARI

Şəksiz ki, insanın ruh aynası yalnız ilahi nur sayəsində şölələnir və qəlb pasını yalnız ilahi kəlam iksiri təmizləyə bilir. İnsan fitrətinin yandırıcı təşnəsini mənəvi pak şərbətdən savay heç nə sirab edə bilmir. Çırpınan könül simurğunu yalnız məşuqun vüsalı toxdada bilir. İlahi peyğəmbərlərin hər biri bəşəriyyətə insanlıq yolunu işıqlandıran məşəl olmuşdur. Onlar insanı
torpaqdan Allaha, yerdən fələklərə qanadlandırmışlar. Peyğəmbərlər hikmət
cövhərini və mərifətin mahiyyətini vəhy sədəfində tapmış, yer insanının yüksəliş zirvəsini öz səma kitablarında sətir-sətir qeyd etmişlər. Onlar insanın
həqiqi meracını (səmaya yüksəliş) onun Allah qarşısında bəndəliyində görmüş və onu səmimicəsinə dost məhəllinə səsləmişlər. Şübhəsiz ki, Allaha iman sayəsində əldə edilən ləzzət bütün ləzzətlərdən üstün və ucadır. İlahi övliyaların təvəkkül və şükür məqamını, təqva və dünyadan azadlıq mərtəbəsini heç nəyə dəyişmədiyi göz qabağındadır. Əlinizdəki kitab böyük ustad həzrət Ayətullah Misbah Yəzdinin Qum elmi mərkəzində tədris etdiyi bir silsilə əxlaq dərslərindən ibarətdir. Dərslərin əsas mövzusu gözəl bir dillə bəyan olunmuş, Quran ayələri ilə şərh edilmiş məşhur “Merac hədisi”dir. Uyğun hədisin mətni Deyləminin “İrşadül-qülub”, Məclisinin ““Biharülənvar” kitablarında və bir çox başqa mənbələrdə nəql olunmuşdur. Həqiqətən də, bu qüdsi hədisin mənaları bir dövrə irfan, hikmət, əxlaq və mənəviyyat dərslərinin mövzusudur. Ümid edirik
ki, bu əsərin mütaliəsi diqqət və bəsirət sahibləri üçün faydalı olacaq. Bu kitabın Allahın razılığına
səbəb olacağına və əsrin İmamı (ə) tərəfindən qəbul ediləcəyinə ümid edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button