İmam Əli bin Əbu Talib (ə) təkcə dinlər tarixinin deyil, eyni zamanda
dünya elmləri tarixinin də ən görkəmli və dahi nümayəndələrindən biridir.
İmamın (ə) İslamdakı məqamını, Allah yanındakı üstünlüklərini bilmək,
dərk etmək üçün Qurani-Kərimə və hədisi-şəriflərə diqqət yetirməyimiz kifa yət edər. Uca Rəbbimiz müqəddəs Quranda İmam Əlini (ə) Peyğəmbərin (s) canı (“Ali-İmran”, 61), Əhli-Beyti (ə) (“əl-Əhzab”, 33), məhəbbət qaynağı (“əşŞura”, 23) olaraq vəsf etmişdir. Bütün bu və ya digər qisimdən olan ayələr
onu göstərir ki, İmamın (ə) üstünlüklərinin mütləq İlahi qaynağı vardır və
onların inkar olunması yolverilməzdir. Həmçinin, İmam Əli (ə) haqqında deyilmiş “Onu ancaq möminlər sevər, ona ancaq münafiqlər nifrət edər”, “Onu sevmək atəşin odunu yandırdığı kimi, günahları yox edər”, “Mən elmin şəhəri, Əli isə qapısıdır”, “Elm on qisimdir. Onun doqquzu Əliyə, yerdə qalanı isə bütün insanlara verilmişdir. Əli o birini də insanlardan daha yaxşı bilir” yüzlərlə, minlərlə belə hədis İmamın (ə) kimliyinin sübut edilməsi baxımından önəmlidir.
İmam Əli (ə), haqqında “Onu çox qüvvətli olan öyrətdi” (“ən-Nəcm”, 5) ayəsi nazil olan İslam Peyğəmbəri Həzrət Muhəmməd (s) kimi kamil bir ustadın hüzurunda və o Həzrətin (s) birbaşa təsiri ilə əvəzolunmaz bir şəx siy yət kimi tərbiyə almış, böyümüşdür. İmam Əli (ə) Peyğəmbərin (s) mübarək əxlaqı ilə cilvələnmiş, Rə sululla ha (s) dərin bağlarla bağlanmış və bu bağlar əbədiyyətə qədər qırıl mayacaqdır. İmam Əli (ə) Peyğəmbəri (s) anbaan izləmiş, o Həzrətin (s) əqidə və adətlə rinin ardınca getmiş, davamçısı olmuş, qısa bir müddətdə Rəsulullahın (s) bütün davranış və hərəkətlərini, əxlaq və ədəbini əxz etmişdir.