Allahın kitabı Qurani-Kərimdən və Əhli-Beytin (ə) sahib olduğu mirasdan
başqa müsəlman aləmində Süleym ibn Qeys əl-Hilalinin qələmə aldığı bu kitabdan daha qədimi yoxdur. Bu da kitaba digərlərinə nisbətdə xüsusi əzəmətbəxş edir. Kitabın müəllifi etiqad və İslam tarixi barədə düşünən ilk yazar olmaqla qısa zaman kəsiyində böyük bir işi həyata keçirə bilmişdir.
Həmçinin Süleymin qələmə aldığı tarixi zaman kəsimi İslamın ən əhəmiyyətli, Peyğəmbərdən (s) sonra ümmət arasında əsrlərdən bəri davam edən
fi kir ayrılıqlarının mənşəyi sayılacaq dövrdür. Bu cəhətdən də Süleymin kitabı
həmin dövrdə baş verən hadisələrə aydın və parlaq işıq salır.
Həmçinin Süleymin hədislərin seçilməsinə və dəqiqləşdirilməsinə xüsusi diqqət göstərdiyi də kitabın mövzularından və baş vermiş hadisələrin əhəmiyyətindən də görünür. Aşağıda hədis kitablarında qeyd edilən, lakin heç bir kitabda Süleymdən əvvəl zikr edilməyən əhəmiyyətli tarixi hadisələri qeyd edirik:
1. Qədir Xum hadisəsi;
2. Səqəleyn hədisi;
3. Mənzilət hədisi;
4. Səfi nə (Nuhun gəmisi) hədisi;
5. Hittə qapısı hədisi;
6. Kövsər hovuzu hədisi;
7. Qapıların bağlanması hadisəsi;
8. Kisa hədisi və “Təthir” ayəsi;
9. Mübahələ hadisəsi;
10. Peyğəmbərin (s) yazmaq istədiyi vəsiyyət hadisəsi.
Diqqətəlayiq haldır ki, bu hədislər fərqli yollarla və fərqli şəxslərdən on illərdən sonra həm əhli-sünnə, həm də əhli-şiə hədis və tarix kitablarında qeyd edilməyə başlanmışdır. Lakin bu kitablardan əsər olmadığı bir dövrdə həmin hadisələr incəliyi ilə Süleymin kitabında öz əksini tapmışdır.
Maraqlıdır