GİRİŞ
Allah-Taalaya edilən həmd və şükür, Onun elçisinə, haqq
İmamlara və İslam şəhidlərinin parlaq ruhlarına salamdan sonra
xatırlatmaq yerinə düşərdi ki, əlinizdəki kitab Ayətullah Hüseyn
Məzahirinin 19 əxlaq məclisində toplandıqdan sonra böyük ustadın nəzarəti altında çapa hazırlanmışdır. Kitabda çox mühüm və əsas məsələlərdən biri sayılan “İslamda ailə əxlaqı” mövzu-sunda qısa və yığcam surətdə toxunulmuş, şərif ayə və hədislər-dən yerindəcə istifadə olunaraq ibrətamiz söhbət və hekayələr şirin və aydın bir dillə qələmə alınmışdır. Eləcə də ailə məs`uliyyətlərinin növü, kişi və qadın fərqinin fəlsəfəsi, ər-arvad və övladın qarşılıqlı vəzifəsi, dostluq və
mehribanlığın ailədəki müsbət tə`siri, övlad tərbiyəsində nəvazişin rolu, ləyaqətli qadın xüsusiyyətlərinin Qur`an və Mə`sum İmamların tərəfindən qiymətləndirilməsi, qadını nəsihət etməyin və ailə ixtilaflarının həll olunma qaydaları, problemlərin yaranma səbəbləri, amilləri, müqəddəs İslam şəriəti baxımından ailə qurmağın əhəmiyyəti, valideynin uşaqlara tə`siri, ailə mühitində maddi və mə`nəvi işlərin yüngül tutulması, kişi və qadının bir-birini əfv edib bağışlaması, övlad tərbiyəsi, gələcəkdə övladın şəxsiyyətinə tə`sir edəcək maddi və mə`nəvi amillərin səbəbi və s. kimi bir çox faydalı mövzularla qarşılaşacaqsınız.
