Əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) buyurur:
“Valideynin xoşbəxtlik əlamətlərindən biri də onun saleh övladı olmasıdır.” Allah-təala insanları digər məxluqlardan üstün tutaraq onların bu dünyada aram, xoşbəxt, sağlam, sülh və əmin-amanlıq içində yaşayışını təmin etmək üçün müqəddəs Qurani-Kərimi nazil etmiş, həmçinin kamil və nöqsansız olan İslam dinində cəmiyyətə lazım olan bütün sahələr üzrə dolğun qanunlar və hədəflər müəyyənləşdirmişdir. Bunlardan düzgün faydalanmaq üçün isə Əhli-beyti (ələyhimussalam) bizlərə vasitəçi qərar verərək Onlara məhəbbəti4
və itaəti vacib buyurumuşdur. Böyük cəmiyyət kiçik hissələrdən təşkil tapır və bu hissələrə “ailə” deyilir. Əgər ailə islah olunarsa, onda cəmiyyət tez bir zamanda islah olunar. Xüsusilə müasir dövrümüzdə baş verən fəsadın güclü dalğaları çox təhlükəlidir. Bu dalğaları zərərsizləşdirmək üçün valideyn öz övladının əxlaq və tərbiyəsinə ciddi yanaşmalı, öhdəsində olan vəzifələri bacardığı qədər dəqiq yerinə yetirməlidir. Məktəblərdə, hətta əksər ailələrdə belə Allah barəsində yanlış əqidələrin yayılmasını nəzərə alaraq tərtib etdiyimiz bu kitabda İslam dininə uyğun sağlam və pak övladın dünyaya gəlməsi proqramları, valideynlərin məsuliyyəti və vəzifələri, məxsusən uşaqlara və yeniyetmələrə Yeganə Allahın tanıtdırılması mövzusu ön plana gətirilmişdir. Hədəfimiz – asimani həqiqətin sevimlisi olan Allah ilə Yer kürəsinin sevimli mövcudları – uşaqlar və yeniyetmələr arasındakı rabitəni təhlil etməkdir. Uşaqlar bir tumurcuqdurlar. Onların çiçəklənməsi üçün İlahi günəşin
saçması gərəkdir. Bir ağacın tumurcuğunun açması üçün əlverişli hava, münbit torpağın və Günəş işığının saçması lazımdır. Əgər özümüzdə və körpələrimizin daxilindəki istedadların çiçəklənməsini istəyiriksə,
düzgün təlim-tərbiyə, gözəl və əlverişli şəraitlər yaratmalıyıq.
