AMERİKA- İslam inqilabının böyük rəhbəri həzrət Ayətullah Xameneinin baxışında

“Biz Amerika rejimilə qarşı-qarşıyayıq, Amerika xalqı ilə yox!” Biz Amerika rejimilə qarşı-qarşıyayıq, Amerika xalqı ilə yox. Amerika rejimi isə bizim xalqımızla qarşı-qarşıyadır, təkcə dövlətimizlə yox. O, xalqın əlindən təngə gəlib və qəzəblənib. Bizim Amerika xalqı ilə düşmənliyimiz yoxdur. O da başqa xalqlar kimidir. Düzdür, ABŞ rejimi uzun illər müntəzəm təbliğatla xalqının beynini yumuşdur. Amerikalıların çoxu İranda nə baş verdiyini və ümumiyyətlə, İran məsələsinin nə olduğunu bilmirlər. Bəzi sözlər eşidiblər: irticaçılıq, fundamentalizm, insan hüquqlarının pozulması və s. Bunları ABŞ dövləti və təbliğatçıları deyib, xalq da inanıb. Lakin Amerika xalqı öz-özlüyündə digər xalqlar kimidir və bizim onlarla heç bir düşmənliyimiz yoxdur. Bizim heç bir xalqla düşmənliyimiz yoxdur.Digər xalqlar kimi, Amerika xalqının da həm yaxşı, həm də pis cəhətləri var. Bu onların özlərinə aiddir.
Vaşinqton şəhərində bəziləri müsəlman, bəziləri məsihi olan iki milyona yaxın insan toplaşıb İslam şüarı verdilər, yumruqlarını düyünləyib “Allahu əkbər!” dedilər. Müsəlman və məsihilərdən ibarət məzlum
qaradərililərin izdihamlı nümayişindən sonra natiq Həmd surəsini oxuyub, ingilis dilinə tərcümə etdi… Bu, dünyanın hegemon qütbünün – yəni Amerikanın, illərlə İslam və müsəlmanlarla mübarizə aparmış bir dövlətin gözü qarşısında bütün dünyaya yayılan Quran sözü idi.

Bəyənilmə

User Rating: Be the first one !

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu Kitablara Göz Gəzdirə Bilərsiniz
Close
Back to top button