AMERİKA NİYƏ MƏHV OLACAQ ?

Əksər hallarda insanlar dünyaya gəlməli olduqları ictimai sistemin girovlarına çevrilirlər. Amma sadə insanlar, məsələn, Çingiz xan, yaxud Hitler dövründə
doğulduqları üçün günahkardırlarmı? Bununla belə, dəhşətli sistemlərin ilk qurbanalrı da məhz belə insanlar olur. Amerika haqqında o qədər də xoşagələn olmayan söhbətə başlayarkən mən, əlbəttə, heç də onsuz da bir insan kimi mə᾽nəvi baxımdan artıq bədbəxt və rəncidə olan (elə Çingiz xan və Hitler dövründə yaşayanlar kimi) bir çox sadə amerikalıların xətrinə dəymək istəməmişəm. Söhbət ondan gedir ki, Amerika sistemi kimi Tanrının əleyhinə çıxan, insanlara düşmən kəsilən və son dərəcə totalitar
istənilən şər imperiyasının, ümumiyyətlə yaşamaq hüququ yoxdur. Amerikaçılıq sistemi, başqalarının ehtiyatları, zorakılıq, yalan, başqa dövlətlərin istismarı və talan edilməsi sayəsində tüfeylilik bəşəriyyətin ümumi sə᾽yləri sayəsində məhv edilməlidir. Əks halda bəşəriyyət məhv olacaq. Amerika nə dövlət, nə də millət deyil. Bu, sadəcə müxtəlif ölkələrdən gələnlərin müvəqqəti
məskunlaşdıqları böyük bir ərazidir. Əsas məsələ ondadır ki, Amerika möhkəm dövlətçiliyin fundamental təməlindən – milli özəkdən, dövlətə məxsus xalqdan məhrumdur. Amerika xalqı adlandırılan keyfiyyət baxımından üzvi və özünəməxsus bir gerçəklik yox, bir-birinə yabançı olan şəxslərin süni toplumudur. Onların hamısı üçün ümumi olan istehlak və varlanma ehtirası, bəşəriyyət qarşısında ortaq cinayətlərinə görə məs᾽uliyyətdən kortəbii qorxu hissi birləşdirir. Belə bir konqlomerat tarixin yalnız qısa bir dönəmlərində mövcud ola bilər və tarixdən də göründüyü kimi elə ilk ciddi çətinliklərdən sonra parçalanır. Amerika hələ belə çətinliklərlə ciddi şəkildə üzləşməyib, lakin artıq onlarla üz-üzədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button