AŞURA DƏRSLƏRİ 2-Cİ CİLD

Əzadarlıq nədir?
Bir mövzu vardır ki, xalqın dilində çox işlədilir və bəziləri bu barədə daha ətraflı məlumat əldə etmək üçün müəyyən suallar verirlər. Həmin mövzu əzadarlıq, xüsusilə İmam Hüseyn (ə) və onunla birgə şəhid olanlar üçün matəm saxlayıb əzadarlıq etməkdən ibarətdir. Burada çox yaxşı olar ki, həmin mövzu barədə müəyyən qədər söz açıb zehnlərə gələn bir sıra sualları cavablandıraq. Bəzən görürürk ki, dünyada İslam dini barədə heç bir məlumatı olmayan, ayrı-ayrı adamlardan bir neçə kəlməni
uzaqdan eşitmiş bəzi savadsız insanlar təəssüflər olsun ki, bu
müqəddəs din haqda müəyyən sözləri deyərək fikir söyləməyi belə özlərinə icazə vermişlər. Beləki onlar özlərini camaatın gözündə sanki bir islamşünas kimi göstərməyə çalışmış, bəziləri də öz maddi mənfəətlərinə görə onların dediklərini müxtəlif informasiya vasitələri ilə insanlar arasında yaymaqla məşğul olurlar. Onların bu kimi sözlərin həqiqətindən, mənasından və dəlil-sübutundan heç bir xəbərləri
yoxdur. Onlar öz dünyalarına görə, pul qazanmaqlarına xatir belə sözləri yazıb xalq arasında yayırlar. Bəzi cavanlar da bu yazıları oxuduqda zehinlərində müəyyən suallar yaranır ki, “1400 ildən sonra əza saxlamağın nə mənası var?!” “Biz nə üçün əzadarlıq edirik?!” Belə suallardan müxtəlif mənalar əldə etməyə cəhd göstərir və onları cəmiyyətdə yaymağa çalışırlar. Bu məsələyə aydınlıq gətirib düşüncələrdə yaradılan
suallara cavab vermək üçün bir neçə mətləbi diqqətə çatdırmağı lazım bilirəm. Alimlər demişkən “əzadarlıq” “كْرِذ) “zikr) məquləsindən hesab olunur. Yəni əzadarlıq zikr mənasının cərgəsində qərar
tutub. Sual oluna bilər ki əgər belədirsə bəs zikrin mənası nədir? Cavab olaraq demək olar ki zikrin mənası “yad etmək”, “xatırlamaq” deməkdir. Məsələn, insan “Subhanallah”, “La ilahə illəllah” və s. zikrləri deməklə Allahı yad edir. QuraniKərimdə də – “اللَّه وااذْكُر و) “Allahı yad edin!) – ayəsinə dəfələrlə rast gəlirik.
Əzadarlıq isə müsibət görmüş hər bir insanın müsibətini yada salmaq və ona başsağlığı vermək deməkdir. Qısaca desək, təbii və yaxud qeyri-təbii hadisələr nəticəsində dünyasını dəyişmiş bir insanı yada salmaq və o hadisə münasibətilə başsağlığı söyləmək əzadarlığın mənasıdır. Alimlər deyirlər ki, insanlar adətən bir çox məsələləri yadlarından çıxarırlar. İnsanlar unutqandır, yəni yavaş-yavaş və zaman keçdikcə hər bir şeyi unudurlar. İnsanın bir növ təbiəti belədir. Bəzi məsələlər insan üçün faydalı olmasına baxmayaraq
insan yavaş-yavaş onu unudur, qəflətə düşür və həmin faydalı şey onun əlindən çıxır. Həmçinin insana ziyan vuran bir hadisə və yaxud bir əməli yadında saxlaması lazım olduğu halda onu da unudur. Belə ki insana zərbə dəyməsin deyə onu yadda saxlamaq lazım gəlir. Lakin yavaş-yavaş onu unudur, zaman keçir və sonda ziyana uğrayır. Belə bir halda insana daim xəbərdarlıq etmək, yadına salmaq lazımdır.
Yəni insanın yadından çıxartdığı və bunun nəticəsində də mənfəətini əldən verəcəyi həmin xeyirli məsələni onun yadına salmaq gərəkdir. Həmçinin insana ziyanı olan məsələləri unutduğuna görə də ziyana düşməsin deyə həmin məsələləri də onun yadına salmaq zəruridir. Elə bu səbəbdən də deyirlər ki, insana daim gərək xəbərdarlıq edilsin və yadına salınsın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button