AŞURA İNQİLABI

Əlinizdəki kitab mərhum ustadın yatağa düşməzdən öncə Ğar darvazası məscidində aşura mövzusundakı on iki gecəlik söhbətləri əsasında tərtib olunmuşdur. Ustadın söhbətlərinin bir yerə toplanıb tənzimlənməsi və lent yazılarından köçürülüb kitab şəklinə salınması zəhmətini cənab höccətül-İslam hacı Həmid Səffar Hərəndi öz öhdəsinə götürmüşdür. O bu fəaliyyətində ustadın söhbətlərinin əsl mətninə vəfalı qalmışdır. Höccətül-İslam vəl-müslimin hacı Əliəsğər Səffar Hərəndi, Allahın bu saleh bəndəsi beyin iflicindən sonra altı il evdə oturaraq bu xəstəliyin çətinliklərini çəkmiş, nəhayət, şəmsi 80- ci il, mübarək ramazan ayının 17-ci günü səhər öz məhbubunun görüşünə nail olmuşdur (vəfat etmişdir). Şəksiz, o mürşid və arif insanı tanıyıb hüzurundan azca da olsa faydalananlar üçün bu kitabın mütaliəsi ustadla bağlı şirin xatirələrin oyanmasına səbəb olacaq.

Bəyənilmə

User Rating: 4.63 ( 2 votes)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button