Hər il əvvəlki illərlə müqayisədə daha kütləvi şəkildə və coşqu ilə keçirilən,
həmçinin, “Şəhidlər ağası” məktəbinin aşiqlərinin ah-naləsi, göz yaşı ilə müşayiət olunan İmam Hüseyn (ə) adına Aşura mərasimləri, əzadarlıqları onun qəhrəmanlıq ruhunu bizə unutdurmamalıdır. Əgər Kərbəla tarixinə ilk gündən bu günədək dəqiq nəzər salsaq, həmin tarixdən etibarən bu məktəb barəsində formalaşan düşüncələrdə aşkar dəyişikliklərin olmasını müşahidə edərik. Aşura başlanğıcda bir qəhrəmanlıq hadisəsi kimi meydana çıxsa da, sonralar yalnız ah-nalə, göz yaşları ilə müşayiət olunan qəmli bir hadisə şəklini almışdı. Son dövrdə isə özünün əsl simasını yenidən əldə etdi, yəni Hüseyn (ə) məktəbi aşiqlərinin göz yaşları arasında öz qəhrəmanlıq ruhunu
göstərdi və müsəlmanları hərəkətə gətirdi. “Heyhat minnəz-zillət! – Zillət bizdən uzaqdır!”, “İnnəl həyatə əqidətun və cihadun! – Həqiqi həyat əqidə və cihaddadır!”