Texnika əsrində, maşınlaşmış həyatın keşməkeşlərində insanın canından
qəflət və mürgünü çıxarmağa yönəlmiş xatırlatmaların zəruriliyi tamamilə
aydındır. İnsanların öz maddi həyatlarını qurmağa çalışdıqları, adətən öz
vücudlarının mənəvi yanğısını düşünmədikləri bir dövranda (əslində çoxları
bu yanğını dərk etmirlər) bir adam tapılsa ki, başqa birinin dərdini ona
səmimi şəkildə bildirib dərmanını da bəyan etsin, həmin özündən xəbərsiz
xəstə o adama sığınar, öz itkisini o adamda axtarar, onun himayəsində azca
da olsa, sakitləşər və öz ruhunu, canını çirkinliklərdən təmizləyər.
Mərhum Nəcəfi Quçani Ağa öz xəstəsini tanıyan, onun dərdini anlayan
həkim kimi əlinə qələm götürmüş, könül titrədən, göz yaşları axıdan bir
nüsxə (resept) yazmışdır. Amma bu ağrı və kədərin arxasında bir dünya mehribanlıq və xeyirxah uzaqgörənlik gizlənmişdir.