BƏNDƏLİK VƏ NİCAT YOLU
Qarşınızdakı kitab, əziz peyğəmbərimiz həzrət Məhəmmədin (s)
öz yaxın və uca məqamlı səhabələrindən biri olan Əbuzərə
söylədiyi qısa və dərin məzmunlu nəsihətlərindən ibarətdir. Bu
rəvayət cüz᾿i fərqlərlə «Məkarimul-əxlaq», «Əmaliyi Şeyx
Tusi»,«Məcmueyi-vərram» və «Biharul-ənvar» kimi mö᾿təbər
kitablarda qeyd olunmuşdur. Biz bu hədisin «Biharul-ənvar»da
olan nümunəsini seçib, bunun barəsində izah və təfsir verməyi
qərara aldıq. Əbul-əsvəd Duəli nəql edir: «Əbuzər, Rəbəzə adlı səhrada sürgündə olduğu zaman ona baş çəkməyə getmişdim. O, mənə belə bir əhvalat danışdı: «Bir gün sübh tezdən məscidə getmişdim. Peyğəmbərin (s) Əli (ə) ilə məsciddə tənha oturduqlarını gördüm. Salamlaşıb hal-əhval tutduqdan sonra fürsəti qənimət bilib həzrətə
(s) yaxınlaşaraq, ərz etdim: «Atam-anam sənə qurban, mənə elə bir nəsihət et ki, bununla Allah-təala mənə xeyir və mənfəət yetirsin». Həzrət (s) buyurdu:
«Ey Əbuzər! Sən kəramətli bir insansan və biz Əhli-beytdən hesab olunursan».
