
Həzrət Ayətullah Xameneinin kitab barədə qeydləri
Mərhəmətli və Rəhmli Allahın adıyla
Həmədanlı uşaqlar – eşq, ixlas və mənəviyyat uşaqları; böyük və iddiasız kişilər; Hüseyn (ə) yavərləri, Allah dininin köməkçiləri… Və onların anaları – cəsur və dözümlü övlad yetişdirən qadınlar… Mənəviyyat ocağı, aydın qəlblər, möhkəm iradələr, uzaq baxışlar, ayıqlıq…
Mahir qələmdən çıxmış bu səmimi xatirələr, şirin və dəyərli sözlər müştaq qəlbləri vəcdə gətirir.
Xatirə müəllifinin özü canlı şəhiddir. Onun yaralı bədəni qəlbinin gümrahlığını və ayıqlığını azalda bilməyib. Uca Allaha şükür olsun! Yazıçının özü də eyni təcrübələri yaşamış bir adamdır. Allahın razılığı ona və onların hamısına mübarək olsun, inşallah!
08/01/2017
Bu kitabın yazılışı barədə qeyd etdiklərim azdır. Bu qələmin dəyəri olduqca böyükdür. Kitabın girişi isə sözün əsl mənasında bir qəzəldir!
08/01/2017
