Vuruşduğu illərdə xeyir-duam onunlaydı. Qorxurdum ki, başına bir iş gələr. Özünün isə könlü başqa yerdəydi. Nəhayət, Allah onu – vuruşan bəndəsini bizdən – oturan bəndələrindən üstün tutub şəhadətlə fərqləndirdi. Hacı Qasim üçün yazdığım ürək sözlərimdə birbaş özüylə danışacağam. Çünki onun öldüyünü zənn etmirəm. Bu kitabı iki kişiyə təqdim edirəm: son nəfəsə qədər Qasimlə çiyin-çiyinə getmiş Şəhid Purcəfəriyə və iyirmi üç nəfərdən biri olan dostum mərhum Məhəmməd Salehiyə. Həmin Məhəmməd ki, Bağdad hava limanında partlayış xəbərini eşidəndə xəstə idi, çətinliklə danışırdı, amma bütün gücünü toplayıb mənə dedi:
– Əhməd… Hacı Qasimdən… kitab yaz!