Ön söz
Şəhidlərin və sidqi qəlbdən inananların Allahının adı ilə…
Əmim haqqında yalnız gözəl şeylər xatırlayıram. Yaddaşımda yalnız gülüşləri, mehribanlığı, sadəliyi, təvazökarlığı və bir çox gözəl xüsusiyyətləri qalıb…
Bir yerdə bir söz oxumuşdum. Orda deyirdi, “gənclər özlərinə ideal qəhrəmanlar axtarırlar. Hansısa futbolçunu, aktyoru özləri üçün kumir seçirlər. Lakin əsl qəhrəmanlar, xalqın içində gizlidir.” Necədə düzgün və yerində deyilmiş bir sözdür, deyilmi? Həqiqətən də qəhrəman olmaq üçün mütləq sənətçi olmağa ehtiyac yoxdur. Biz özümüz şəhid olmamışdan və
məhşurlaşmamışdan əvvəl şəhidlərdən neçəsini tanıyırdıq? Bəlkə də, heç birini! Çünki, sənət sahibi və tanınmış deyildilər! Onlarda sadə bir insan idilər. Amma şəhadət üçün seçilmiş insanlar!
Mənim əmimdə onlardan birisidir. Bəlkə də, çox tanınmır, amma o mənim nəzərimdə ən böyük qəhrəmandır! Şəhidlərin hər biri qəhrəmandır. Xalqın, ümmətin qəhrəmanı! Fikirləşirəm… Deyəsən onunla çox vaxt keçirə bilməmişəm deyə, çox şey xatırlamıram. Amma indi heyfislənirəm. Kaş ki, şəhid olacağını öncədən bilib, onunla keçirdiyim anların qədrini bilsə idim…
Qısa ömründə mənim üçün böyük örnəklər qoydu… Əhli-beytə(ə.s), şəhadətə olan eşqi, pak qəlbi, təvazökar davranışları…
Şəhid olmaq üçün, şəhid kimi yaşadı. Ruhunu, qəlbini şəhidlik üçün hazırladı…
Son dəfə səsini eşitdiyim anı xatırlayıram: Zəng etmişdi. Əhvalı çox yaxşı idi. Sanki döyüşdə, təhlükənin altında deyildi. Gülürdü, danışırdı… Çox sakit və rahat! Sanki onun özü də hiss etmişdi artıq şəhadət üçün
seçildiyini…
Mən isə sanki son danışığımız olduğunu hiss etmişdim, lakin qəbul etmək istəmirdim. Sanki içimdə bir səs mənə bu zəngin son zəng olduğunu deyirdi, mən isə daim inkar edirdim. Çox narahat olmuşdum. Danışa bilmədim. Mənim üçün əziyyətverici olan bu fikirləri beynimdən çıxarıb rahat danışmaq istəyirdim. Dedim gələn dəfə danışaram, amma qismət olmadı…
Qismət… Nə gözəldir şəhadətlə bitməsi…
Hər kəsə nəsib olmayan qismət…
Hüseynzadə Ləman
Şəhidin qardaşı qızı