Bu, mənim oğlumdur

Gözlərim qatarın pəncərəsindən Tehranla Qum arasındakı çöllüklərə dikilmişdi, beynimdə isə günümün ağır keçəcəyini düşünürdüm. İlk dəfə gördüyüm adamlarla ölmüş əzizləri barədə
danışmaq, yəqin ki, çətin olacaqdı. Mənə bu kitabı yazmaq təklif olunanda da bunu hiss etdim; qısa fasilə ilə şəhid olmuş ata-oğul
olduqlarını eşidəndə həm atanı, həm də oğulu itirmiş bir ailə ilə danışmağın çətin olacağını anladım. Və əlbəttə ki, çətin oldu! Bunu söhbət zamanı Rəsul Cəfərinin qızının və həyat yoldaşının
baxışlarından da bilmək olurdu. Lakin bütün bunları arxada qoyub saçını biz-biz şəklə salıb gitara çalan,
tunellərdə qışqıra-qışqıra motosiklet sürən oğlanın dəcəlliklərini duymalı, aramlığa, hüzura çatmış şəxsiyyətini öyrənməliydim. O elə rahatlıq tapmışdı ki, Suriyaya getmək üçün avtobusa minəndən sonra
telefonda bacısına demişdi: “Sanki çiynimdən yük götürülür, azadlığa çıxıram”. Ata oğlunun cəsədi
başında dayananda isə Alaha şükür və ona qibtə edir. Bu da ata şəxsiyyətinin böyüklüyü! Digər övladlar ata və qardaşları barədə danışmaq istəmədilər; yəqin ki, keçmiş xatirələrin verdiyi əzablara görə.
Ailə ilə söhbətlərdən sonra döyüş yoldaşlarından müsahibə almalı idim. Lakin 120 nəfərlik batalyonun
əksər döyüşçülərinin bir əməliyyatda şəhid olduğu təqdirdə Mehdi Cəfərini tanıyan, təsadüfən, döyüş
zamanı yanında olan və yenə təsadüfən, necə şəhid olduğunu görən bir adam tapmaq olardımı?! Bu
problemlərə görə bir neçə ay onun döyüş yoldaşlarını axtarmalı oldum. Lakin Busra əl-Hərir əməliyyatı barədə eşitdiklərim o qədər möhtəşəm və təsirli idi ki, onların gələcəkdə xüsusi bir kitab olacağını düşünürəm.

Nida Rəsuli

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button