DİN TƏLİMLƏRİ -1

İSLAM İCTİMAİ DİNDİR
İslam dinini, digər din və məktəblərdən fərqləndirən xüsusiyyətlərdən biri də onun ictimai din olmasıdır. Burada
təkcə ayrı-ayrı fərdlərin deyil, ictimaiyyətin islah olunmasına və
onun düz yolu seçib saflaşmasına diqqət yetirilir. Dediklərimizə aydınlıq gətirmək üçün qeyd etməliyik ki, İnsanların qarşılarına qoyduqları ən başlıca məqsəd onların səadət və xoşbəxtliyə nail olmalarıdır. Hər bir İnsan hamıdan üstün olmasını və ixtiyarında olan şeylərin ən yaxşısına yiyələnməsini istəyir. Onlar daim ən
yüksək məqamlara nail olmağa və çatışmazlıqları aradan
qaldıraraq xoşbəxt həyat tərzi sürməyə can atırlar. Bu bir həqiqətdir ki, hər bir İnsan dünənindən daha yaxşı yaşamağa can atır və mümkün qədər çox var-dövlət sahibi olmaq istəyir. Kamal və səadətə nail olmaq istəyi ilə yanaşı, İnsanlar bu yolda müxtəlif maneə və çətinliklərlə qarşılaşmağı və tənəzzülə
uğramağı sevmirlər. Bu səbəbdən də çətinliklərlə üzləşərkən özlərində bir növ narahatçılıq və ümidsizlik hiss edirlər. Bu xüsusiyyəti İslam alimləri «kamillik axtaran fitrət» adlandırırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button