DİNLƏRLƏ TANIŞLIQ

MÜQƏDDİMƏ
İslamın əziz Peyğəmbəri (s) və mə’sum imamlar (Allahın salamı onlara olsun) Qur’anın elmi əsaslarını həyata keçirməklə cəmiy-yətdə müqəddəs İslam dininin inqilabi və parlaq mədəni təmə-linin əsasını qoymuşlar. O əzizlər maariflərini həyatda yaşat-maq və onun yayılması, tə`limi naminə bu işin ağır yükünü çiyinlərinə çəkməyə qüdrəti olanlardan heç nəyini əsirgəməmək üçün şəriət-şünas, təmiz alimlər tərbiyə etmişlər. Müasir dövrdə də istismarçı və zülmkarların ruhanilik, dini təhsil ocaqlarının kökünü kəsmək və ya onların inkişafına, yüksəlişinə mane olmaq, doğru yol-larından sapdırmaq üçün göstərdikləri təzyiqlərə rəğmən bu müqəddəs qurum əvvəlkitək möhkəm iradə və alnıaçıqlıqla öz inkişaf və yüksəliş yolunu davam etdirir. Bu qüdrətli elmi-dini mərkəz mövcud olduğu dövrdə müxtəlif nəsillərin ehtiyacını ödəmiş, bəşər tarixində dost və düşmənlərin sual və şübhələrin-inaradan qaldırılmasına nail olmuşdur. Belə bir xüsusiyyəti isə o, daha çox mülayimlik, açıqlıq və nova-torluq nümayiş etdirdiyi dövrdə kəsb etmişdir. Bu gün uğurlu dini-elmi məktəblər aşağıdakı xüsusiy-yətlərinə görə qiymətləndirilirlər:
1 .İslam elm-maarifinin bütün sahələrinə diqqət yetirmək, bu sahələrin hər birindəyorulmadan araşdırma aparmaq və davamlı sə`y göstərmək;
2. Günün tələbinə uyğun və elmi inkişaf, novatorluq xüsusiyyətlərilə dərin düşüncə və qiymətli İslam mirası ilə əlaqəsinin qorunub saxlanılmasını özündə birləşdirəcək şəkildə tədris və dərsliklərin hazırlanma metodlarının mütəmadi olaraq yenidən nəzərdən keçirilməsi;
3. Günümüzün problemləri ilə tanışlıq və Qur`anın elmi prinsiplərinə, möhkəm əqli əsaslara istinad etməklə şübhə və yeni yaranan ehtiyaclara zəmanənin tələbi ilə səsləşən və hətta onu da qabaqlayacaq bir səviyyədə cavab vermək məs`uliyyətini öhdəsinə götürmək. Belə bir şəraitdə, ölkə xaricində Dini-Elmi Müəssisələr Təşkilatı görkəmli tədqiqatçı və alimlərin əsərlərindən faydalanmaqla hazırladığı və təhsil, tədris metodları, dərsliklərin işlənməsini əhatə edən yeni təhsil planında aşağıdakı məqamları nəzərə almışdır:
a) Hər bir dərs saatı üçün nəzərdə tutulan proqrama əsasən hər bir dərsin təhsil məqamlarına riayət olunması;
b) Tədris pillələrinin hər birində tələbələrin elmi səviyyəsinin gözlənilməsi;
s) Bir semestrin dərslikləri arasında bağlılıq və mütənasibliyin gözlənilməsi, materialların keçilməsində yüklənmə və səthilikdən çəkinmək;
d) Dərsliklərin hazırlanma prinsiplərinə riayət etməli.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button