DİNLƏRİN YARANMA MƏNŞƏYİ

İllər öncə ilk dəfə olaraq “Qum elmi hövzəsi”ndə əksər tələbələrin iştirak et diyi “Etiqad və dinlər” adlı dərsə başladım. Həmin dərsləri cümə axşamı və cümə günlərində tədris edirdim və təqribən, otuz ilə qədər davam etdi. “Afəridegare cahan” (Dünyanın yaradıcısı), “Xuda ra çequne beşenasim?” (Allahı necə tanıyaq?), “Rəhbərane bozorg” (Böyük rəhbərlər), “Axərin
fərziyyehaye təkamol” (Sonuncu təkamül fərziyyələri) və digər kitablar bu bəhslərin səmərəsi olmuşdur. Dərslərdə iştirak edən bir sıra istedadlı tələbə və dostların sayəsində “Əqayed və məzahib” (Etiqad və dinlər) adlı
kitab qələmə alınaraq çap edildi. Bu bəhslərin dini hövzə və universitetlərdə müxtəlif səviyyədə əhəmiyyət daşıması və müsəlmanların etiqadi və ideoloji mənbələrinə istismarçı hücumların günbəgün artması belə dərslərin Allahın yardımı ilə daha da geniş şəkildə həyata keçirilməsinə səbəb olmuşdu. Belə bəhslərə rabitə və informasiya vasitələrinin geniş və sürətlə yayılmış olduğu əsrimizdə yaşayan insanların yanaşma tərzi də əhəmiyyət kəsb edir. Zəmanəmizdə etiqadla bağlı aparılan müharibələr hərbi müharibələrdən daha geniş şəkildə həyata keçirilir, eyni zamanda, kütləvi informasiya vasitələri ilə təchiz edilmə həmin müharibəni daha da sürətləndirərək ona yardımçı olur. Hansısa bir müsabiqəni belə vasitələr sayəsində milyonlarla insanın eyni anda müşahidə edə bilməsi, dünyada nəşr olunan müəyyən bir jurnalın bütün qitələrə kütləvi informasiyanın yardımı ilə asanlıqla yayılması məsələnin hansı dərəcədə əhəmiyyət daşıdığını göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button