
Ali Rəhbər Ayətullah Xameneinin rəyi:
Bismillahir rəhmanir rəhim.
Salam olsun imam Hüseynin (ə) silahdaşlarına! Salam olsun Həmədanın “Ənsar əl-Hüseyn” diviziyasına! Salam olsun şəhidlərə, igidlərə, fədakarlara, gündüzün şirləri və gecələrin abidlərinə! Salam olsun ölməz şəhid Mirzəməhəmməd Sulgiyə və onun imanlı və səbirli həyat yoldaşına! Həmçinin salam olsun bizə Sulgi və Xoşləfz kimi inciləri tanıdan Həmid Hisama! Bu dəyərli əsəri oxuyarkən ömrümün yaddaqalan və səfalı saatlarını yaşayır, dəfələrlə dərin həsrətlə deyirdim:
Bir qədər fikrə dalıb, kaş, könlü məftun edən bu bəzmdə mən də,
Ol füsunkar badəyə dodaq toxundura biləydim mən də!
Minlərlə arzu-diləyim varkən qəlbim müştaq, özüm heyran,
Amma əminəm məhbuba sarı yol sala bilərəm mən də.
Zənnimcə, müharibə xatirələrinə dair yazılan əsərlər içində bu ən yaxşılarından biridir. Əsər qələmin sərrastlığı, bədiiliyi, üslub və dolğunluğu ilə seçilir. Hörmətli xanım Zərrabinin ülvi məqam sahibi şəhid Əli Çitsaziana həsr etdiyi əsəri də bu qəbildəndir. Bu iki şəxsiyyət Həmədanın ulduzlarından sayılır.
Yanvar, 2017
