DUA

İnsanın Allahla rabitəsi və ona arxalanması

Dua – insanın Allahla rabitəsi və ona arxalanmasıdır. İnsan qüdrətin, qələbənin zirvəsində olduqda da duaya möhtacdır, Allahla danışmalı və Allahdan istəməlidir. Quran bizim Peyğəmbərimizə (s) belə əmr edir: “Allahın yardımı və qələbə çatdıqda”, yəni Allahın köməyi çatdıqda və qələbə nəsib olduqda, “və insanların dəstə-dəstə Allahın dininə daxil olduğunu gördükdə”, yəni xalqın dəstə-dəstə, qrup-qrup İslama daxil olduğunu gördükdə “Rəbbini həmdlə təqdis et və ondan bağışlanmaq istə!”[1] Yəni bu sənin tövbənin başlanğıcıdır, Allah-Taalanın dərgahına ehtiyac bildirmənin əvvəlidir. Bizim xalqımız qələbə əldə edən zaman da duadan əl çəkmədi. Görün bu gün bizim cəmiyyətimizdə Allaha dua və diqqət nə qədər çoxdur! Bizim qələbəmizin rəmzi də elə bunlardır.

İnsanın lütf mənbəyi ilə rabitəsi

Dua elm və qüdrət mənbəyi ilə möminin, çarəsizin vasitəsi, zəif və cahil insanın rabitəsidir. Bəşər Allahla ruhi rabitə qurmasa və zatən ehtiyacsız olana ehtiyac bildirməsə, həyatda

başını itirmiş  və aciz durumda qalacaq, ömrü hədər gedəcəkdir: “(Ey Rəsulum) De: “Əgər duanız olmasa, Rəbbim sizə diqqət yetirməz!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button