“Nəhcül-bəlağə” özündə çox qiymətli gövhərlər gizləmiş sahilsiz bir dəryadır. Haqlı olaraq, “Qur’anın qardaşı” adlandırılmış bu kitab müxtəlif yönümlərə malikdir. O, tarix boyu bir çox alimlərin, müsəlman və qeyri-müsəlman düşüncə sahiblərinin diqqət mərkəzində olmuşdur. Hər şəxs öz zövqü, dərrakəsi və iste’dadı səviyyəsində bu xəzinənin bir guşəsinə baş vurmuş, onun gizli və aşkar sərvətlərindən faydalanmışdır. Bu kitabın mühüm və üstün mövzularından biri əxlaq və tərbiyə mövzusudur. “Nəhcül-bəlağə”də bu mövzu nisbətən daha geniş yer tutur. Əmirəl-mö’mininin (ə) bu mövzudakı öyüd-nəsihətləri mə’nəviyyat təşnəsi, haqq axtarışında olan iman yolçuları üçün yardımçı ola bilər. Bu səbəbdən də böyük
ustad, ziyalı alim ayətullah Misbah Yəzdi bir çox əxlaq dərsləri üçün Əmirəl-mö’mininin (ə) çox mühüm və dəyərli məktublarını mehvər seçmiş və ilahi maarif, eləcə də əxlaqi söhbətlərə təşnə olanların ruhunu bu çeşmə ilə sirab etmişdir. Bu məktub həzrətin (ə) öz aliqədr oğlu imam Həsən Müctəbaya (ə) çox ali və misilsiz məziyyətlərə malik vəsiyyətindən ibarətdir. Müəzzəm rəhbərlik məqamının “Əmirəl-mö’minin
ili” adlandırdığı bu ildə bu bəhslərdən ibarət məcmuəni kitab halında həzrətin (ə) dostları və vilayət ardıcıllarına təqdim edə bildiyimiz üçün Allaha şükr edirik. Bu kitabdakı bəhslər çıxışlar əsasında tərtib olunduğundan, təbii ki, əvvəlcədən kitab məqsədi ilə qələmə alınmış bəhslərdən fərqlənir. Söhbətlər
yazıya çevrilərkən bə’zi ifadələr dəyişdirilmişdir. Bununla belə, bütün kitabda çıxış forması az-çox nəzərə çarpır. Mövzular həcmcə böyük olduğundan kitab iki cilddə tərtib olunmuşdur.
![](https://kitaboxu.com/wp-content/uploads/2022/11/yukle.png)