ƏBU TALİB

Peyğəmbərin himayədarı və İslamın ağsaqqalı Əbu Talib
Doğrudan da, İslamın böyük şəxsiyyəti mövlamız Əbu Talibin (əleyhissalam)
düşməncəsinə haqsız hücumlara məruz qalması təəssüf doğuran haldır. Bəzi xain qələmlər oğlu İmam Əlinin (əleyhissalam) müqəddəsliyinə xələl gətirmək məqsədilə birbaşa olmayan bu yolu seçmişlər. Allah bilir qiyamət günü ədalətin hakim olduğu ilahi məhkəmədə Peyğəmbər (s), Əbu Talib və İmam Əli (ə) qarşısında həmin düşmənlərin sorğu-sualı nə qədər uzun
çəkəcək! Əlbəttə, Əbu Talib tək olan Allah-taalaya iman gətirmiş, İslam Peyğəmbərini təsdiqləmiş, müşriklərin fəaliyyətləri qarşısında münasib bildiyi ən üstün üslubla Peyğəmbəri (s) himayə və müdafiə etmiş, onların Peyğəmbərə qarşı hazırladıqları mənfur planlarını puça çıxarmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button